Niderlandda fermerlər etiraz aksiyası keçiriblər

Niderlandda fermerlər etiraz aksiyası keçiriblər

Bir sıra digər Avropa ölkələrinin ardınca Niderlandda da fermerlərin etirazları keçirilib.

Birxeber.Az xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.

Bildirilib ki, etirazçılar 15 traktorla Amsterdamın mərkəzi Dam meydanına gəliblər.

Onlar Avropa İttifaqının iqlim dəyişikliyi ilə mübarizə planları ilə razılaşmırlar.

Polis aksiyanın dinc şəraitdə keçdiyini qeyd edib.

Bundan əvvəl bəzi Avropa ölkələrində, o cümlədən Belçika, Yunanıstan, Portuqaliya və Fransada Ukrayna və digər ölkələrdən ucuz ərzaq idxalına qadağa qoyulması tələbi ilə fermerlərin etiraz aksiyaları keçirilib. Fermerlər həmçinin Aİ-nin Rusiya qazı və neftinə qadağaları nəticəsində bahalaşan yanacağın qiymətlərinə görə kompensasiya tələb edirlər.