IMF-in baş iqtisadçısı: Ermənistan Aİ-dən aldığı malları Rusiyaya daşıyır

IMF-in baş iqtisadçısı: Ermənistan Aİ-dən aldığı malları Rusiyaya daşıyır

Ermənistan Avropa İttifaqından (Aİ) aldığı malları Rusiyaya yönləndirir.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks sosial şəbəkədə yazıb.

“Ermənistanın gömrük polisinin uzun və şanlı tarixində Avropa İttifaqından malların daşınmasında heç vaxt bu qədər böyük sıçrayış qeydə alınmamışdı. Bütün bunların hələ yenidən qablaşdırıb Moskvaya göndərilməsini heç demirəm ki, onsuz da oraya da yönləndirilir”, – o vurğulayıb.