Azərbaycan klubu yeni basketbolçu transfer edib
Azərbaycan Basketbol Liqasında çıxış edən "Xəzri" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Paytaxt təmsilçisindən "Birxeber.Az"a verilən məlumata görə, ABŞ-dən olan Yusuf Muhammedlə müqavilə imzalanıb.
26 yaşlı oyunçu daha əvvəl Slovakiyanın “Komarno” komandasının formasını geyinib.