Şərura dolu düşüb - VİDEO

Şərura dolu düşüb - VİDEO

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti nəticəsində Şərur rayonuna dolu düşüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün səhər saatlarından başlayan yağışdan sonra rayon mərkəzinə və bəzi kəndlərə dolu yağıb.

Dolu daha sonra güclü yağışa çevrilib.

Qeyd edək ki, hazırda muxtar respublikada yağışlı hava şəraiti davam edir.