Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Oğuzda konfrans keçirib

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Oğuzda konfrans keçirib

Oğuz rayonunda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Azərbaycançılıq: dini həmrəylik və birgəyaşayışın qarantı" adlı konfrans keçirilib.

"Birxeber"un Şimal-qərb bürosunun məlumatına görə, konfrans Oğuz rayon Mədəniyyət Mərkəzində baş tutub.

Konfransdan öncə "Heydər Əliyev və Azərbaycançılıq" filmi nümayiş olunub.

Konfransda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, həmçinin müsəlman dini icmaların üzvləri, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının, Azərbaycan Respublikası Katolik kilsəsinin təmsilçiləri, Alban-Udi xristian, Oğuz şəhər Yəhudi, Bakı şəhəri “Alov”, Qax rayonu “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav, Sumqayıt şəhəri “Molokan ruhani-xristian”, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərinin kilsəsi” dini icmalarının və Azərbaycan Bəhailər Dini Mərkəzinin sədrləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin, dinlərə etiqad edən etnosların dini icmalarının və kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlarımızdan biri də Oğuz rayonudur. Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

--- ---
Azərbaycanda din xadimi olmaq istəyənlər imtahan verəcək

Azərbaycanda din xadimi olmaq istəyənlər imtahan verəcək

--- ---
Allahşükür Paşazadə: "Türkdilli xalqların mənəvi birliyini yaratmaq bizim borcumuz idi"

Allahşükür Paşazadə: "Türkdilli xalqların mənəvi birliyini yaratmaq bizim borcumuz idi"

--- ---
Allahşükür Paşazadə Avstriyaya gedir

Allahşükür Paşazadə Avstriyaya gedir

--- ---
YUNESKO: “Ukraynada 70 dini tikili məhv edilib”

YUNESKO: “Ukraynada 70 dini tikili məhv edilib”

--- ---
Dövlət Komitəsi dini təhsili olmayan din xadimlərinin gələcək taleyinə aydınlıq gətirib

Dövlət Komitəsi dini təhsili olmayan din xadimlərinin gələcək taleyinə aydınlıq gətirib

--- ---
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Oğuzda konfrans keçirib

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Oğuzda konfrans keçirib

--- ---
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk səfər iyunun 29-dadır - EKSKLÜZİV

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk səfər iyunun 29-dadır - EKSKLÜZİV

--- ---
Azərbaycanda Həcc ziyarətinin təşkili qaydalarına dəyişiklik edilib

Azərbaycanda Həcc ziyarətinin təşkili qaydalarına dəyişiklik edilib

--- ---
Komitə sədrinin müavini: "Azərbaycanla bağlı qərəzli fikir bildirənlərin sonu yaxşı olmayacaq"

Komitə sədrinin müavini: "Azərbaycanla bağlı qərəzli fikir bildirənlərin sonu yaxşı olmayacaq"

--- ---
Dövlət Komitəsinin sədr müavini: “Dini təhsili olmayan şəxs din xadimi kimi fəaliyyət göstərə bilməz” - MÜSAHİBƏ

Dövlət Komitəsinin sədr müavini: “Dini təhsili olmayan şəxs din xadimi kimi fəaliyyət göstərə bilməz” - MÜSAHİBƏ

--- ---
Allahşükür Paşazadə Türkiyəyə səfərə gedir

Allahşükür Paşazadə Türkiyəyə səfərə gedir

--- ---
Komitə sədri “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliyə münasibət bildirib 

Komitə sədri “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliyə münasibət bildirib