DTX-nin həbs etdiyi Müdafiə Nazirliyinin hərbçisinə hökm oxundu

DTX-nin həbs etdiyi Müdafiə Nazirliyinin hərbçisinə hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Sumqayıt şəhərində tutulan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin növbə rəisinə hökm oxunub.

Birxeber-in Qafqazinfo-ya istinadla məlumatına görə, Sumqayıtda yerləşən hərbi hissələrin birində xidmət aparan, 1962-ci il təvəllüdlü Rəcəb Xəlilov naməlum mənbədən əldə etdiyi 100 qrama yaxın civəni 15 min manata satarkən tutulub. Ötən ilin oktyabrında keçirilmiş əməliyyat zamanı onunla birlikdə Sumqayıtda zərgər kimi fəaliyyət göstərən və civənin satışına vasitəçilik edən Vidadi adlı şəxs də həbs edilib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddəsi ilə iş açılıb və 2021-ci il, oktyabrın 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs ediliblər.

Araşdırmalar zamanı məlum olub ki, hərbçi Vidadi adlı zərgərin ona kömək edə biləcəyini düşünüb. Daha sonra onlar birlikdə civəyə müştəri axtarıblar və şərti alıcıya həmin maddəni 15 min manata satmağa razılaşıblar. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki parkda müştəriyə civə satıldıqdan sonra onlar DTX əməkdaşları tərəfindən saxlanılıblar. Axtarış tədbirləri zamanı hərbçinin evindəki manometrin daxilində gizlədilmiş əlavə altı qram civə də müəyyən edilib.

Açılmış cinayət işinin materialları bir müddət əvvəl Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin 10 iyun 2022-ci il tarixli hökmü ilə Rəcəb Xəlilova dörd il, Vidadiyə isə dörd il altı ay müddətinə həbs cəzası verilib.

Birxeber
Sosial Sosial
Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı təxminən 3 dəfə artıb

Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı təxminən 3 dəfə artıb

Sosial Sosial
Şəhid ailələri və qazilərə medal və vəsiqələr təqdim olunub - FOTO

Şəhid ailələri və qazilərə medal və vəsiqələr təqdim olunub - FOTO

Sosial Sosial
Mayda 6 gün qeyri-iş günü olacaq

Mayda 6 gün qeyri-iş günü olacaq

Sosial Sosial
"Silk Way West Airlines" onillik uğurunu qeyd edir

"Silk Way West Airlines" onillik uğurunu qeyd edir

Sosial Sosial
Bakıda sıxlıq olan küçə və prospektlərin adları açıqlanıb - SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlərin adları açıqlanıb - SİYAHI

Sosial Sosial
Azərbaycanda bəzi siqaret növləri mağazalarda niyə tapılmır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda bəzi siqaret növləri mağazalarda niyə tapılmır? - RƏSMİ AÇIQLAMA

Sosial Sosial
Bakıda narkotik istifadəçisi DƏHŞƏTLİ FAKTLARI AÇIQLADI - VİDEO

Bakıda narkotik istifadəçisi DƏHŞƏTLİ FAKTLARI AÇIQLADI - VİDEO

Sosial Sosial
Tanınmış azərbaycanlı qadın professor vəfat etdi - FOTO

Tanınmış azərbaycanlı qadın professor vəfat etdi - FOTO

Sosial Sosial
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda daha bir avtobus “BakıKart”a keçir

Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda daha bir avtobus “BakıKart”a keçir

Sosial Sosial
Bu gün Azərbaycanda səhiyyə işçilərinin peşə bayramıdır!

Bu gün Azərbaycanda səhiyyə işçilərinin peşə bayramıdır!

Sosial Sosial
Uşaq bağçalarına qəbulun vaxtı AÇIQLANDI

Uşaq bağçalarına qəbulun vaxtı AÇIQLANDI

Sosial Sosial
Meymun çiçəyinin əsas əlamətləri hansılardır?

Meymun çiçəyinin əsas əlamətləri hansılardır?