Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Ukraynanın Dnepropetrovsk, Poltava və Xarkov vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.

Həyəcan xəbərdarlığı yerli vaxtla saat 11:03-də daxil olub. Yarım saat davam edib. Bu müddət ərzində heç bir insident qeydə alınmayıb.

Donetskinin Kiyevin nəzarətində olan ərazilərində də sirenlər işə düşüb.