Sevil Kərimova: Qırğızıstanla həyata keçiriləcək birgə mədəni tədbirlər davam edəcək

Sevil Kərimova: Qırğızıstanla həyata keçiriləcək birgə mədəni tədbirlər davam edəcək

Azərbaycan və Qırğız xalqları eyni soydan gələn türk xalqlarıdır.

"Birxeber.Az" xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, növbəti addım genişlənən əlaqələrin möhkəmlənməsi olacaq:

"Qırğızıstanla həyata keçiriləcək birgə mədəni tədbirlər davam edəcək. Muzeylər, rəssamlar, mədəniyyət nümayəndələri arasında bir sıra layihələr olacaq. TÜRKSOY çərçivəsində yeni layihələrimiz gözlənilir".