Tbilisidə baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB
Tbilisidə “İsani” metro stansiyasının yaxınlığında baş verən yanğın lokallaşdırılıb.
Birxeber Birxeber-a istinadən xəbər verir ki, əraziyə 10-dan çox yanğınsöndürən maşın cəlb olunub.
Yanğının avtomobil ehtiyat hissələri bazarında istifadə olunmuş şinlərin mağazasında baş verdiyi bildirilir.
Hadisə yerinə təcili tibbi yardım maşınları da cəlb edilib.
Xəsarət alanlar barədə məlumat hələ yoxdur.
***16:07
Tbilisidə güclü yanğın başlayıb.
Birxeber Birxeber-a istinadla xəbər verir ki, yanğın İsani metrostansiyası yaxınlığındakı avtomobillər üçün ehtiyat hissələri bazarında qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Ərazidə və ətrafda böyük tüstü dumanı yaranıb.
Birxeber