Türk lirəsinin ucuzlaşması yenidən antirekorda yaxınlaşıb

Türk lirəsinin ucuzlaşması yenidən antirekorda yaxınlaşıb

Türkiyə lirəsinin məzənnəsi ABŞ dollarına qarşı ucuzlaşaraq tarixi minimuma yaxınlaşmaqda davam edir.

birxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 11.15-ə olan vəziyyətə görə Türkiyə valyutası 1% ucuzlaşıb və ABŞ dollarına nisbətdə 13,83 lirə səviyyəsində ticarət olunub.
Xatırladaq ki, ilin əvvəli ABŞ dollarına nisbətdə 7,4 lirə səviyyəsində ticarət olunan Türkiyə valyutası il ərzində, təxminən, 50% ucuzlaşaraq, 13,9 səviyyəsinə düşüb. Noyabrın 23-ü lirə daha 16% ucuzlaşıb. Bu, son 20 ilin ən kəskin qiymət enişidir. Buna səbəb Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 16%-dən 15%-ə endirməsi olub.