Bakı metrosunun yeni stansiyasının layihə dəyəri açıqlanıb

Bakı metrosunun yeni stansiyasının layihə dəyəri açıqlanıb

"Bakı Metropoliteni" QSC-nin inşası davam edən, şərti adı “B4” olan "Bənövşəyi xətt"nin stansiyasının layihə dəyəri 60 milyon manatdır.

Bu barədə birxeber.az bildirir ki,
Bununla belə, onun sözlərinə görə, həmin rəqəm stansiyanın yerinin qazılmasına və tikintisinə çəkiləcək xərclərdir: "Yəni kommunikasiya xətlərinin çəkilişi, eskalator və liftlərin, həmçinin digər avadanlıqların quraşdırılması, stansiyanın interyerinin bəzədilməsi xərcləri bura aid deyil. Əgər prosesin sonuna qədər istifadə edilən mal və materialların qiymətlərində dəyişiklik olsa layihə dəyəri dəyişə bilər. Artıq bu il üçün 20 milyon manat vəsait ayrılıb və ilin sonuna qədər bu vəsaitin xərclənməsi nəzərdə tutulur".
Mənbə stansiyanın ümumi xərclərinin hələ tam dəqiqləşmədiyini bildirib: "Təcrübə onu göstərir ki, adətən infrastruktur xərcləri ümumi xərclərin 40%-ni təşkil edir. Bundan əvvəl istifadəyə verilmiş "8 Noyabr" stansiyası daha böyük idi və onun bu xərcləri daha çox idi".
"Bakı Metropoliteni"dən məsələ ilə bağlı şərh verilməyib. Xatırladaq ki, "B4" stansiyası Bakının Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa edilir. Stansiya "8 Noyabr" stansiyası ilə əlaqələndiriləcək.