Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.

Birxeber xəbər verir ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.

Azərbaycanda uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.

Bu gün ulu öndərin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Azərbaycan uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.

Birxeber
Sosial Sosial
Azərbaycanda bu sahədə 3500 manatdan çox maaş verilir

Azərbaycanda bu sahədə 3500 manatdan çox maaş verilir

Sosial Sosial
Əhaliyə ŞAD XƏBƏR - Azərbaycanda pensiya yaşı azladıla bilər - VİDEO

Əhaliyə ŞAD XƏBƏR - Azərbaycanda pensiya yaşı azladıla bilər - VİDEO

Sosial Sosial
Azərbaycana yeni avtomobil gətirmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycana yeni avtomobil gətirmək istəyənlərə ŞAD XƏBƏR

Sosial Sosial
Sabah bu rayonda qaz kəsiləcək

Sabah bu rayonda qaz kəsiləcək

Sosial Sosial
Bakıda 22 küçə və prospektdə sıxlıq var - SİYAHI

Bakıda 22 küçə və prospektdə sıxlıq var - SİYAHI

Sosial Sosial
Yararsız vəziyyətə düşmüş qaz sayğacının dəyişdirilməsi kimin hesabına həyata keçirilir?

Yararsız vəziyyətə düşmüş qaz sayğacının dəyişdirilməsi kimin hesabına həyata keçirilir?

Sosial Sosial
Şəhid ailələri və qazilərə medal və vəsiqələr təqdim olunub - FOTO

Şəhid ailələri və qazilərə medal və vəsiqələr təqdim olunub - FOTO

Sosial Sosial
Son illərdə ƏƏSMN-də işə qəbul edilənlərin sayı açıqlandı

Son illərdə ƏƏSMN-də işə qəbul edilənlərin sayı açıqlandı

Sosial Sosial
Bu gün Sinan Məmmədovun şəhid olduğu gündür - VİDEO

Bu gün Sinan Məmmədovun şəhid olduğu gündür - VİDEO

Sosial Sosial
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI

Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI

Sosial Sosial
Bakının bu ərazisində yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR!

Bakının bu ərazisində yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR!

Sosial Sosial
Vətən müharibəsi qəhrəmanı Suqovuşanın azad edilməsindən danışdı - VİDEO

Vətən müharibəsi qəhrəmanı Suqovuşanın azad edilməsindən danışdı - VİDEO