Terapevt: “Revmatik xəstəliklər daha çox qadınlar arasında müşahidə olunur”

Terapevt: “Revmatik xəstəliklər daha çox qadınlar arasında müşahidə olunur”

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Revmatik xəstəliklər daha çox qadınlar arasında müşahidə olunduğunu bildirib.

“Report”un məlumatına görə, o qeyd edib ki, bəzi revmatik xəstəliklərdə oynaq ağrısı olmaya bilər.

Onun sözlərinə görə, xəstələr var ki, göz həkiminin yanına müayinəyə gedir və onda revmatik xəstəlik aşkar olunur: “Genetika məsələsi burada müəyyən rol oynasa da, stress faktorlarının təsiri də var. Revmotoloji xəstəliklərin xüsusi yaş məhdudiyyəti yoxdur. Hər yaşda revmatik xəstəliklərin meydana çıxması mümkündür. Revmatik xəstəlik birbaşa dayaq hərəkət sistemini tutur”.

Terapevt bildirib ki, hər oynaq ağrısını da revmatik xəstəlik kimi qələmə vermək olmaz: “Qrip bənzəri xəstəliklər belə ciddi oynaq ağrılarına səbəb ola bilər. Ona görə də oynaq ağrısı şikayətli pasiyentlərə mütləq toxunmaq lazımdır. Revmotoloji xəstəliklərin müalicəsində tibb ciddi irəliləyiş əldə edib. Xəstəliklərə qarşı yeni dərmanların hazırlanması xüsusi önəm kəsb edir. İlkin mərhələdə pasiyenti bir dərmanla müalicə etmək mümkün olursa, sonrakı gecikmiş mərhələdə müalicə müddəti uzanmış olur”.