Gənclər Fondu “Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müsabiqə elan edəcək

Gənclər Fondu “Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müsabiqə elan edəcək

Azərbaycan Gənclər Fondu (AGF) “Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müsabiqə elan edəcək.

"Report" xəbər verir ki, bu barədə AGF-nin icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Gənclər Təşkilatlarının Şəbəkələşmə və İnkişaf Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müsabiqə qarşıdakı aylar üçün nəzərdə tutulub: “Düşünürəm ki, atılan bütün addımlar dövlətimizin xeyrinədir”.

Q.Xəlilov gəncləri fəal olmağa və müsabiqədə iştirak etməyə çağırıb.

Xatırladaq ki, ötən il dekabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev ölkədə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb.