Birxeber.az / Gənclər Fondu “Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müsabiqə elan edəcək

Gənclər Fondu “Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müsabiqə elan edəcək

31-01-2024, 12:40

Azərbaycan Gənclər Fondu (AGF) “Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müsabiqə elan edəcək.

"Report" xəbər verir ki, bu barədə AGF-nin icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Gənclər Təşkilatlarının Şəbəkələşmə və İnkişaf Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müsabiqə qarşıdakı aylar üçün nəzərdə tutulub: “Düşünürəm ki, atılan bütün addımlar dövlətimizin xeyrinədir”.

Q.Xəlilov gəncləri fəal olmağa və müsabiqədə iştirak etməyə çağırıb.

Xatırladaq ki, ötən il dekabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev ölkədə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

Geri qayıt