Əfv sərəncamı 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub

Əfv sərəncamı 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

“Birxeber” xəbər verir ki, məhbusların cəza çəkdiyi bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 7 nəfərə şamil olunub.

Tədbir zamanı İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 7 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Bundan başqa, əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaş olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloqer, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.

Qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.

HADİSƏ HADİSƏ
Bakıda yaşayış binasının tavanı uçub, 4 nəfər xilas edilib

Bakıda yaşayış binasının tavanı uçub, 4 nəfər xilas edilib

HADİSƏ HADİSƏ
DYP rəisi qəza törətdi, “Land Cruiser” aşdı - FOTO - YENİLƏNİB

DYP rəisi qəza törətdi, “Land Cruiser” aşdı - FOTO - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Polis Xızıda əməliyyat keçirib, saxlanılan var

Polis Xızıda əməliyyat keçirib, saxlanılan var

HADİSƏ HADİSƏ
Bakı yollarındakı son vəziyyət açıqlanıb - YENİLƏNİB-2

Bakı yollarındakı son vəziyyət açıqlanıb - YENİLƏNİB-2

HADİSƏ HADİSƏ
Göygöldə avtomobil restoranın həyətinə aşıb, xəsarət alanlar var

Göygöldə avtomobil restoranın həyətinə aşıb, xəsarət alanlar var

HADİSƏ HADİSƏ
Şəmkirdə polislərə maneçilik törədən şəxs həbs edilib

Şəmkirdə polislərə maneçilik törədən şəxs həbs edilib

HADİSƏ HADİSƏ
Karantinə görə cəzalandırılan polis rəisi işdən çıxarıldı - FOTO

Karantinə görə cəzalandırılan polis rəisi işdən çıxarıldı - FOTO

HADİSƏ HADİSƏ
Azərbaycanda avtomobil piyadanı vuraraq öldürdü - ANBAAN VİDEO

Azərbaycanda avtomobil piyadanı vuraraq öldürdü - ANBAAN VİDEO

HADİSƏ HADİSƏ
Ağstafada 22 yaşlı gənc intihar edib

Ağstafada 22 yaşlı gənc intihar edib

HADİSƏ HADİSƏ
Sabiq icra başçısının müsadirə olunmuş əmlakları - SİYAHI

Sabiq icra başçısının müsadirə olunmuş əmlakları - SİYAHI

HADİSƏ HADİSƏ
Bakıda 10 yaşlı uşaqlar yol qəzasında xəsarət alıb

Bakıda 10 yaşlı uşaqlar yol qəzasında xəsarət alıb

HADİSƏ HADİSƏ
Oğuzda eşitmə və nitq qüsurlu kişinin meyiti tapıldı

Oğuzda eşitmə və nitq qüsurlu kişinin meyiti tapıldı