Macarıstanın daha 2 şirkəti Azərbaycanın sənaye zonalarında fəaliyyətə başlamaq istəyir

Macarıstanın daha 2 şirkəti Azərbaycanın sənaye zonalarında fəaliyyətə başlamaq istəyir

Macarıstanın iki şirkəti Azərbaycanın sənaye zonalarında fəaliyyətə başlamaq istəyir.

"Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.

Onun sözlərinə görə, bu şirkətlərdən biri su sahəsi ilə bağlıdır.

"Bununla yanaşı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Hell Energy” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Ələt Azad İqtisadi Zonasının ərazisində qabaqcıl texnologiyalara əsaslanan, illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək yeni zavodun tikintisi nəzərdə tutulur", - deyə P. Siyarto xatırladıb.