BVF neftin qiymətinin aşağı düşəcəyini proqnozlaşdırıb

BVF neftin qiymətinin aşağı düşəcəyini proqnozlaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal neft qiymətlərinin 2024-cü ildə 2,3%, 2025-ci ildə isə 4,8% azalacağını proqnozlaşdırır.

Bu barədə “APA-Economics” BVF-nin təşkilatın hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ildə neftin qiyməti 16% azaldıqdan sonra növbəti iki ildə müvafiq olaraq 2,3% və 4,8% azalacaq.

Belə ki, BVF 2024-cü ildə neftin orta qiymətinin bir barel üçün 79,1 dollar, 2025-ci ildə isə 75,31 dollar olacağını proqnozlaşdırır.

Hesabatda izah edildiyi kimi, dünya bazarında qiymət hesablanarkən Fond “Brent”, “Dubai Fateh” və WTI markalı neftlərinə olan qiymətinin orta dəyəri istifadə olunur.