Rusiya Kuril adalarında yeni silahlar yerləşdirəcək

Rusiya Kuril adalarında yeni silahlar yerləşdirəcək

Rusiya Kuril adalarında yeni silahlar yerləşdirəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.
"Bizi "Yapon xalqının Şimal əraziləri" ilə bağlı hissləri o qədər də maraqlandırmır. Bu, "mübahisəli ərazilər" deyil, bu Rusiyadır. O ki qaldı kədərli olan samuraylara, onlar ənənəvi yapon üsulu ilə həyatdan gedə bilərlər. Özünüzü seppuku edin. Əgər cəsarətiniz çatırsa... Axı, amerikalılarla ehtirasla öpüşmək, Xirosima və Naqasakini yaddaşdan tamamilə silməkdən daha xoşdur”, - deyə Medevedyev qeyd edib.