Kobaxizde: QHT-lər Gürcüstanda iki dəfə inqilaba cəhd göstəriblər

Kobaxizde: QHT-lər Gürcüstanda iki dəfə inqilaba cəhd göstəriblər

QHT-lər Gürcüstanda iki dəfə - 2021 və 2022-ci illərdə inqilaba cəhd göstəriblər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O, Avropa Parlamentinin ötən gün Gürcüstana qarşı qətnaməsinin dəyərsiz olduğunu və şantaj mahiyyəti daşıdığını əlavə edib. Qeyd edib ki, Gürcüstanın Aİ ilə vizasız rejimin ləğvi, sabiq Prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması, Bidzina İvanişviiyə sanksiyaların tətbiq edilməsi kimi çağırışların heç bir dəyəri yoxdur.

Kobaxidze Gürcüstanın tərəfdaşlarının Gürcüstan rəsmiləri və xalqı ilə şantaj dili ilə danışmamalı olduğunu əlavə edib.

“Viza prosedurlarının sadələşdirilməsi hökumətin və Gürcüstan xalqının nailiyyətidir. Rəsmilərlə və Gürcüstan xalqı ilə belə şantaj dilində danışmaq yerinə, məsələn, ABŞ Gürcüstanda vizasız rejimin tətbiqinə çalışmalıdır”, - Kobaxidze deyib.

Qeyd edək ki, ötən gün Avropa Parlamenti hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə qətnamə qəbul edib.