Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü il aprel ayının 1-nə ölkədə istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.

APA-Economics” AMB-yə istinadən xəbər verir ki, 2024-cü il 1 aprel tarixinə istehlak kreditlərinin milli valyutada, orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 23%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 25%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 16%, avtomobil kreditləri üzrə 11% və digər istehlak kreditləri üzrə 18% təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi- kredit kartı vasitəsi ilə verilən kreditlərdə 3 faiz bəndi, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 7 faiz bəndi, avtomobil kreditləri 3 faiz bəndi və digər istehlak kreditləri 1 faiz bəndi azalıb, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə 2 faiz bəndi artıb.