Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var

Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var

Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı hələ də müəyyən boşluq və problemlər var.

“Birxeber.Az” xəbər verir ki, bu fikirləri deputat Jalə Əliyeva parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.

Bu sahədə dövlətin apardığı siyasətlə böyük uğurların əldə edildiyini xatırladan deputat bildirib ki, hələ də bu məsələlərlə bağlı hər birimizə onlarla məktub daxil olur: “Təklif edirəm ki, bu qəbildən olan problemlər Ombudsman institutu tərəfindən nəzarətə götürülsün”.