Birxeber.az / Seneqalda avtobus qəzası: 13 ölü, 40 yaralı var

Seneqalda avtobus qəzası: 13 ölü, 40 yaralı var

26-04-2024, 04:50

Seneqalda avtobusun aşması ilə nəticələnən ağır yol qəzası olub.

APA xəbər verir ki, bu barədə Seneqal mətbuatı ölkənin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Hadisə zamanı 13 nəfər ölüb, 40-a yaxın adam yaralanıb.

Avtobus cümə axşamı yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə təxminən 23:00) Seneqalın mərkəzindəki kəndin yaxınlığında aşıb.

Geri qayıt