KİV: Makron Pekini Rusiyaya təzyiqlərin vacibliyinə inandırmağa çalışacaq

KİV: Makron Pekini Rusiyaya təzyiqlərin vacibliyinə inandırmağa çalışacaq

Si Cinpinin Parisə səfəri zamanı prezident Emmanuel Makron rəsmi Pekini ticarət sahəsindəki natarazlığın aradan qaldırılmasına, eləcə də Rusiyaya təzyiqlərin vacibliyinə inandırmağa çalışacaq.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunda məqsəd prezident Vladimir Putini Ukraynada müharibəni dayandırmağa məcbur etməkdən ibarətdir.

Analitiklər bildirir ki, bu məqsədlərə nail olmaq heç də asan olmayacaq.

Bu arada, Fransa tərəfi Avropa İttifaqında Çindən Avrozonaya elektrik mühərrikli avtomobillərin ixracının artması ilə bağlı araşdırmalara başlayıb.

Fransa rəsmilərinin bildirdiyinə görə, rəsmi Parin yerli kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxarılması, eləcə də Çində fransız istehsalçıların əqli mülkiyyət hüquqlarının qorunması məsələlərini də nəzərdən keçirəcək.

Qeyd edək ki, axşam saatlarında reallaşacaq rəsmi ziyarətdə Cənubi Koreya liderinin Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə də görüşü nəzərdə tutulub.