Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib.

“Asiya İnkişaf Bankı Gürcüstanın bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi, investisiya mühiti, ekoloji davamlılıq, davamlı enerji və qlobal təchizat zəncirlərinə inteqrasiya baxımından regional iqtisadi mərkəzə çevrilməsini dəstəkləyir”, - bankın prezidenti deyib.