Paytaxt sakinini yük avtomobili vurub

Paytaxt sakinini yük avtomobili vurub

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Hələlik ad və soyadı bilinməyən orta yaşlı kişini “Qazel” markalı yük maşını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda onun ad və soyadı dəqiqləşdirilir.