Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatını 2 bürünc medalla başa vurub.

"Report" xəbər verir ki, yığmamıza ikinci mükafatı Alfonso Dominqes qazandırıb.

92 kq çəkidə çıxış edən boksçumuz yarımfinalda mübarizəni dayandırdığından 3-cü yeri tutub.

Ondan öncə Malik Həsənov (63,5 kq) da bürünc medala yiyələnib.