ABŞ: İranın nüvə silahı proqramına yenidən başlamaq qərarına gəlməyib
Birləşmiş Ştatlar İran rəhbərliyinin nüvə silahı proqramını yenidən başlatmaq barədə qərar qəbul etdiyinə inanmır.
"Birxeber.Az" xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Berns CBS televiziyasına müsahibəsində deyib.
"Bizdə olan məlumatlara əsasən, İranın ali rəhbərliyinin 2003-cü ilin sonunda dayandırdıqlarına inandığımız nüvə silahı proqramını yenidən başlamaq qərarına gəldiyini düşünmürük", - o deyib.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasının yaxın gələcəkdə çətin ki, mümkün olduğunu deyib.