Vilnüsdə litvalı jurnalistin “Xocalıya ədalət” adlı fotosərgisi təqdim olunub

Vilnüsdə litvalı jurnalistin “Xocalıya ədalət” adlı fotosərgisi təqdim olunub

Litva paytaxtındakı Jurnalistlər Evində Xocalı soyqırımının şahidi, Qarabağ müharibəsi həqiqətlərini dünyaya çatdıran litvalı jurnalist Riçardas Lapaitisin “Xocalıya ədalət” adlı fotosərgisi nümayiş etdirilib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Sərgidə Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları, Azərbaycan icmasının, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev ölkəmizin başına gətirilən bu dəhşətli faciəni unutmağın qeyri-mümkün olduğunu bildirib. “Hər bir ölkədə bədbəxt hadisələr olur. Amma Xocalı soyqırımı elə faciədir ki, dünya ona susdu. Xocalıda həlak olanların sayını bilirsiniz? Mən dəqiq sayı deməyəcəm. Çünki hələ də onlarla insan tapılmayıb, onların taleyinin necə olduğu bilinmir. Əgər Xocalı faciəsinə qarşı hansısa reaksiya olsaydı, əminəm ki, bu gün dünyada bənzər hadisələr baş verməzdi”, - deyə səfir nəzərə çatdırıb.

Xocalı soyqırımını işıqlandıran azsaylı insanlara, o cümlədən də Riçardas Lapaitisə təşəkkürünü bildirən diplomat vurğulayıb ki, 30 il ədalət gözləməkdən yorulan Azərbaycan xalqı ölkəmizə və mülki azərbaycanlılara qarşı olan zorakılığa cavab vermək üçün 2020-ci ilin payızında hərbi gücə əl atmağa məcbur oldu və torpaqlarımızı işğaldan azad etdi.

Riçardas Lapaitis çıxışında vurğulayıb ki, dünya ictimaiyyəti hələ də Xocalı soyqırımı ilə əlaqədar ədalətli mövqe bildirməyib. Jurnalist 1992-ci ildə Xocalı qətliamından sonra çəkdiyi şəkillərin tarixçəsi barədə danışıb.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və "Sonsuz dəhliz" filminin diskləri tədbir iştirakçılarına paylanıb.

Diaspor Diaspor
Nyu-Yorkda polis işləyən azərbaycanlı: "Ölkəm üçün hər zaman faydalı olmağa hazıram" - MÜSAHİBƏ

Nyu-Yorkda polis işləyən azərbaycanlı: "Ölkəm üçün hər zaman faydalı olmağa hazıram" - MÜSAHİBƏ

Diaspor Diaspor
Avstraliya ictimaiyyətinə Ermənistanın yalanlarına inanmamaq çağırışı ünvanlanıb

Avstraliya ictimaiyyətinə Ermənistanın yalanlarına inanmamaq çağırışı ünvanlanıb

Diaspor Diaspor
Brüsseldə aksiya keçirən Güney azərbaycanlılar İranla bağlı bəyanat qəbul ediblər - YENİLƏNİB - VİDEO

Brüsseldə aksiya keçirən Güney azərbaycanlılar İranla bağlı bəyanat qəbul ediblər - YENİLƏNİB - VİDEO

Diaspor Diaspor
Kiyevin müdafiəsində iştirak edən azərbaycanlı mükafatlandırılıb

Kiyevin müdafiəsində iştirak edən azərbaycanlı mükafatlandırılıb

Diaspor Diaspor
Dövlət Komitəsi İstanbulda qeyri-qanuni yaşayan vətəndaşlara müraciət edib

Dövlət Komitəsi İstanbulda qeyri-qanuni yaşayan vətəndaşlara müraciət edib

Diaspor Diaspor
Latviyadakı Azərbaycan diasporu Türkiyə üçün yardım toplayır

Latviyadakı Azərbaycan diasporu Türkiyə üçün yardım toplayır

Diaspor Diaspor
Hatay Azərbaycan Evinin rəhbəri: “Çox dəhşətli vəziyyətdir, 35 yaxınım həyatda deyil”

Hatay Azərbaycan Evinin rəhbəri: “Çox dəhşətli vəziyyətdir, 35 yaxınım həyatda deyil”

Diaspor Diaspor
Aksiya iştirakçısı: "Məqsədimiz güney azərbaycanlıların səsini dünyaya çatdırmaqdır”

Aksiya iştirakçısı: "Məqsədimiz güney azərbaycanlıların səsini dünyaya çatdırmaqdır”

Diaspor Diaspor
Yunanıstandakı Azərbaycan icması Novruz bayramını qeyd edib

Yunanıstandakı Azərbaycan icması Novruz bayramını qeyd edib

Diaspor Diaspor
Dünya Azərbaycanlılarının V Qurultayı: Qarabağın bərpasına diasporun töhfələri müzakirə olunub 

Dünya Azərbaycanlılarının V Qurultayı: Qarabağın bərpasına diasporun töhfələri müzakirə olunub 

Diaspor Diaspor
Almaniyanın Koblenz şəhərində azərbaycanlıların yeni idman klubu açılıb

Almaniyanın Koblenz şəhərində azərbaycanlıların yeni idman klubu açılıb

Diaspor Diaspor
Niderlandda növbəti erməni təxribatının qarşısı alınıb

Niderlandda növbəti erməni təxribatının qarşısı alınıb