“Azərreyl”in voleybolçusu: Komanda yoldaşlarımla qürur duyuram

“Azərreyl”in voleybolçusu: Komanda yoldaşlarımla qürur duyuram

Komanda yoldaşlarımla qürur duyuram

Bunu “Birxeber.Az”a açıqlamasında “Azərreyl”in voleybolçusu Asiyat Abuyeva deyib.

Libero Azərbaycan çempionatının final oyunu çərçivəsində “Abşeron” üzərində qazandıqları 3:1 hesablı qələbə barədə danışıb: “Bu görüşə çox yaxşı hazırlaşmışdıq. "Abşeron" güclü komandadır. Lakin məşqçimizin verdiyi tapşırıqları yerinə yetirdik və qələbə bizim oldu. Azərbaycan çempionatı yüksək səviyyədə keçir. Demək olar, yarışda zəif rəqib yoxdur.

21 yaşlı voleybolçu “Azərreyl”in növbəti hədəflərindən söz açıb: “Qarşıda bizi avrokubok matçları gözləyir. Təbii ki, ciddi hazırlaşmalıyıq. Əsas məqsədimiz ölkəmizi Avropa arenalarında layiqincə təmsil etməkdir”.