Nyu-York polisi Manhettendə partlayış təhlükəsi səbəbindən iki sinaqoqu təxliyə edib

Nyu-York polisi Manhettendə partlayış təhlükəsi səbəbindən iki sinaqoqu təxliyə edib

ABŞ-nin Nyu-York şəhərində iki sinaqoq partlayış təhlükəsi səbəbindən təxliyə edilib.

“Report” xəbər verir ki, bu barədə “New York Post” qəzeti şəhər polisinə istinadən məlumat verib.

Məlumata görə, hüquq-mühafizə orqanları şənbə günü yerli vaxtla saat 15:15-də və 16:30-da partlayış təhlükəsi barədə məlumat alıblar.

Polis hadisə ilə bağlı təhqiqata başlayıb.