Yasamalda yol qəzası olub, xəsarət alan var

Yasamalda yol qəzası olub, xəsarət alan var

Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1990-cı il təvəllüdlü Cəfərova Aytac İlham qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.