Beynəlxalq səyyahlar Cocuq Mərcanlı kəndinə səfər ediblər - FOTO

Beynəlxalq səyyahlar Cocuq Mərcanlı kəndinə səfər ediblər - FOTO

Beynəlxalq səyyahlar Xudafərin körpüsündən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinin ərazisinə səfər ediblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səyyahlar burada ANAMA-nın minatəmizləmə əməliyyatları ilə tanış olublar. Onlara məlumat verilib ki, 30 ilə yaxın işğal dövründə ermənilər bu əraziləri minalarla çirkləndirib.