Qaxdan Sumqayıta gətirilən 41 yaşlı qadın xəstəxanada ölüb

Qaxdan Sumqayıta gətirilən 41 yaşlı qadın xəstəxanada ölüb

Sumqayıtda 41 yaşlı qadın xəstəxanada ölüb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında qeydə alınıb.

1983-cü il təvəllüdlü Turanə Lebey qızı Hacıyeva 2 gün öncə Qax rayonundan qızdırması olduğu üçün xəstəxanaya gətirilibmiş.

Faktla bağlı araşdırma aparılır.