ASEAN PA-nın Baş katibi: Bakıda keçirilən VI Ümumdünya Forumu çox məhsuldar keçib

ASEAN PA-nın Baş katibi: Bakıda keçirilən VI Ümumdünya Forumu çox məhsuldar keçib

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iki gün ərzində çox məhsuldar keçib, iki gün ərzində çoxlu sayda aktual məsələlərə toxunulub.

Bunu “Birxeber.Az”a açıqlamasında ASEAN Parlamentlərarası Assambleyanın Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman deyib.

“Bu iki günlük tədbir həqiqətən çox maraqlı və həm də çox əhatəli idi. Burada COP29-a hazırlıqdan tutmuş süni intellektə bir çox məsələlərə toxunulub”, - o vurğulayıb.

Baş katib belə genişmiqyaslı tədbirin təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.