Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB

Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb.

"Report"un xəbərinə görə, bununla bağlı Komissiyanın üzvlərinə məlumat təqdim edilib.

09:35

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

"Report"un əldə etdiyi məlumata görə, toplantıda Komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.

Qeyd edək ki, Komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 300-ü ötüb.