ABŞ Polşaya 1,2 milyard dollar dəyərində 360 raket satmağı planlaşdırır

ABŞ Polşaya 1,2 milyard dollar dəyərində 360 raket satmağı planlaşdırır

ABŞ Dövlət Departamenti Polşa hökumətinə radar əleyhinə uzaq mənzilli idarə olunan raketlər, müvafiq logistika və proqram təminatı üçün ümumi məbləği təxminən 1,275 milyard dollar olan hərbi texnikanın mümkün satışını təsdiqləyib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Amerika diplomatik departamentinin bəyanatında deyilir.

Departament əlavə edib ki, Polşa hökuməti 360 ədəd AARGM-ER raketinin alınmasını xahiş edib və əsas podratçı qismində “Northrop Grumman Systems” çıxış edəcək.

“Təklif edilən satış NATO müttəfiqinin müdafiə qabiliyyətini artırmaqla ABŞ-ın xarici siyasətini və milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək. Raketlər alındıqdan sonra Polşa müdafiə imkanlarını artırmaqla cari və gələcək təhdidlərə daha yaxşı qarşı çıxa biləcək”, - deyə Dövlət Departamenti bildirib.