Şoyqunun müavini məhkəmədə günahını etiraf etməyib - VİDEO - YENİLƏNİB

Şoyqunun müavini məhkəmədə günahını etiraf etməyib - VİDEO - YENİLƏNİB

Rüşvət üstündə həbs olunan Rusiya müdafiə nazirinin müavini Timur İvanov məhkəmədə günahını etiraf etməyib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu gün paytaxtın Basmannı Rayon Məhkəməsi aprelin 23-də saxlanılan Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxıb.

Məhkəmə zamanı külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılan nazir müavini təqsirli olmadığını deyib və günahını etiraf etməyib.

Məhkəmədə iş üzrə dəymiş ziyanın məbləği dəqiqləşdirilməyib, bunun hələ də istintaq tərəfindən müəyyən olunduğunu izah edib.
Məhkəmə İvanov barəsində iki aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Qeyd edək ki, 2012-ci ildə İvanov Moskva vilayəti hökuməti sədrinin müavini vəzifəsində çalışıb. Həmin dövrdə Moskva vilayətinin qubernatoru hazırki müdafiə naziri Sergey Şoyqu olub. İvanov 2013-2016-cı illərdə - "Oboronstroy" ASC-nin baş direktoru, 2016-cı ilin mayında prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib.

***

10:46

Məhkəmə Rusiya Müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, aprelin 23-də rüşvət almaqda şübhəli bilinərək saxlanılan İvanov istintaq təcridxanasına göndərilib.

Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) saxlanılıb.

Qeyd edək ki, 2012-ci ildə İvanov Moskva vilayəti hökuməti sədrinin müavini vəzifəsində çalışıb. 2013-2016-cı illərdə - "Oboronstroy" ASC-nin baş direktoru, 2016-cı ilin mayında prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib.