Bakı sakini dava zamanı bıçaqlanıb

Bakı sakini dava zamanı bıçaqlanıb

Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.

Birxeber.Az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Əhmədov Cabit Canpolad oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.