Argentina millisinin sabiq futbolçusu təcili xəstəxanaya yerləşdirilib

Argentina millisinin sabiq futbolçusu təcili xəstəxanaya yerləşdirilib

Argentina millisinin sabiq futbolçusu Karlos Teves döş qəfəsindəki ağrılar səbəbindən təcili xəstəxanaya yerləşdirilib.

"Birxeber.Az"un məlumatına görə, 40 yaşlı keçmiş hücumçu gecəni xəstəxanada keçirib.

O, burada əlavə testlər verməlidir. Hazırda Tevesin durumunun qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, Karlos Teves İngiltərədə "Mançester Yunayted" və "Mançester Siti", İtaliyada "Yuventus"un uğurları üçün çalışıb.