Laçın sakini: “Bütün gözəl günlərimiz orada qalıb, onları davam etdirməyə gedirik”

Laçın sakini: “Bütün gözəl günlərimiz orada qalıb, onları davam etdirməyə gedirik”

“Bütün gözəl günlərimiz Laçında qalıb, onları davam etdirməyə gedirik”.

“Birxeber.Az” xəbər verir ki, bunu Laçın şəhərinə qayıdan Şəfəq Məmmədova söyləyib.

“Bu günü səbirsizliklə gözləyirdik. Təbii ki, torpaqlarımız əsgərlərimizin canı, qanı bahasına alındı. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm”, – o vurğulayıb.

Keçmiş məcburi köçkünün sözlərinə görə, doğma yurdunu tərk etdikdən sonra müvəqqəti olaraq Bakının Yasamal rayonunda yaşamasına və oradakı şəraitinin yaxşı olmasına baxmayaraq, “Laçının, vətəninin yerini heç nə verməz”.