FHN-də “Heydər Əliyev İli”nə həsr olunan silsilə tədbirlər keçirilib

FHN-də “Heydər Əliyev İli”nə həsr olunan silsilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları və regional mərkəzlərində “Heydər Əliyev İli”nə həsr olunan silsilə tədbirlər keçirilib.

Bu barədə "Birxeber.Az"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, FHN-in Mülki müdafiə qoşunlarında “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur”, Cənub Regional Mərkəzi tərəfindən “Heydər Əliyev irsinin təbliği” mövzularına həsr olunan tədbirlər keçirilib.

Eyni zamanda Aviasiya dəstəsində “Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar fotostend və bədii kitablardan ibarət sərgi” təşkil olunub.

Bundan əlavə, FHN-in Akademiyasında Nazirliyin strukturuna daxil olan qurumlar arasında “Yanğın-xilasetmə idmanı” üzrə təlimin nəzəri hissəsi reallaşdırılıb, Əsaslı Tikinti idarəsinin və Şimal Regional Mərkəzinin əməkdaşları isə ağacəkmə aksiyası keçiriblər.

Tədbirlərdə çıxış edənlər 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunaraq, qeyd ediblər ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu qaldırıb, onun hərtərəfli inkişafına nail olub, müstəqilliyini dönməz və əbədi edib.

Bildirilib ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin son dərəcə zəngin həyat və fəaliyyəti xalqa və dövlətə sədaqətlə xidmət etməyin bariz nümunəsidir.

Qeyd olunub ki, bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi əbədilik qazanıb. Müstəqil Azərbaycanın təkcə region ölkələri ilə deyil, həm də dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı münasibətlərinin qurulması strategiyasını işləyib hazırlayan Ulu Öndər ölkəmizin aparıcı rol oynadığı regional və beynəlxalq layihələrin təməlini qoyub.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün müstəqil Azərbaycanın ən qüdrətli dövrünü yaşadığını bildirən natiqlər, həyata keçirilən çoxşaxəli islahatlar, uğurlu daxili və xarici siyasət sayəsində regional güc mərkəzi kimi strateji hədəflərə doğru sürətlə irəliləyən ölkəmizin daha böyük qələbələrə imza atacağına əminliklərini ifadə ediblər.

Daxili siyasət Daxili siyasət
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Daxili siyasət Daxili siyasət
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib

Daxili siyasət Daxili siyasət
3 saylı Uşaq evində yoxlama aparılıb

3 saylı Uşaq evində yoxlama aparılıb

Daxili siyasət Daxili siyasət
PA Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş keçirilməsini bir daha təklif edib

PA Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş keçirilməsini bir daha təklif edib

Daxili siyasət Daxili siyasət
Bu gündən xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb

Bu gündən xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb

Daxili siyasət Daxili siyasət
Qərbi Azərbaycan Dialektoloji Atlası hazırlanır

Qərbi Azərbaycan Dialektoloji Atlası hazırlanır

Daxili siyasət Daxili siyasət
Prezident “Azərişıq” ASC-nin Ağdamda Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub - YENİLƏNİB

Prezident “Azərişıq” ASC-nin Ağdamda Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub - YENİLƏNİB

Daxili siyasət Daxili siyasət
Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edilib

Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edilib

Daxili siyasət Daxili siyasət
İlham Əliyev və Mehriban Əliyeva MİDA tərəfindən Füzuli yaşayış kompleksində görülən işlərlə tanış olublar

İlham Əliyev və Mehriban Əliyeva MİDA tərəfindən Füzuli yaşayış kompleksində görülən işlərlə tanış olublar

Daxili siyasət Daxili siyasət
Prezident: "Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib"

Prezident: "Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib"

Daxili siyasət Daxili siyasət
Əfv Sərəncamı 16 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub

Əfv Sərəncamı 16 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub

Daxili siyasət Daxili siyasət
Günay İmanzadə: "Ölkə başçısından bu mükafatı almaq qürurvericidir"

Günay İmanzadə: "Ölkə başçısından bu mükafatı almaq qürurvericidir"