Bayden İordaniyadakı ABŞ qüvvələrinə zərbələrə cavab variantlarını nəzərdən keçirir

Bayden İordaniyadakı ABŞ qüvvələrinə zərbələrə cavab variantlarını nəzərdən keçirir

ABŞ Prezidenti Co Bayden İordaniyada ABŞ qüvvələrinə hücumla bağlı mümkün variantları nəzərdən keçirir.

Birxeber.Az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

Qeyd olunub ki, buna cavab Vaşinqtonun seçdiyi vaxtda veriləcək.

“Bayden iki dəfə - dünən və bu gün milli təhlükəsizlik komandası ilə görüşüb. O, öz variantlarını dəyərləndirir. Dünən dediyi kimi, biz seçdiyimiz vaxtda cədvəlimizə uyğun cavab verəcəyik. Biz bunu Prezidentin qərar verdiyi kimi edəcəyik, Tehranın dəstəklədiyi bu qruplaşmaların amerikalı əsgərlərin həyatına son qoyduğunu tam dərk edirik”, - Kirbi bildirib.

Yanvarın 28-də ABŞ-nin Suriya-İordaniya sərhədindəki hərbi bazasına dron hücumu olub və nəticədə 3 amerikalı hərbçi həlak olub, 25-ni yaralanıb.

CNN daha sonra 34 hərbçinin yaralandığına aydınlıq gətirib.