Yunanıstan klubu UEFA Gənclər Liqasının qalibi olub

Yunanıstan klubu UEFA Gənclər Liqasının qalibi olub

Yunanıstanın ”Olimpiakos” klubu UEFA Gənclər Liqasının qalibi olub.

“Birxeber.Az” xəbər verir ki, Pirey təmsilçisi turnirin final görüşündə İtaliyanın “Milan” kollektivini 3:0 hesabı ilə məğlub edib.

Yunanların heyətində Kristos Mouzakitis, Antonios Papakanellos və Teofanis Bakulas fərqləniblər.

Matç İsveçrənin Nyon şəhərindəki “Kolovray” stadionunda baş tutub.

Qeyd edək ki, "Olimpiakos" UEFA Gənclər Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu "Qəbələ"ni (3:0, 4:0) mübarizədən kənarlaşdırmışdı.