Axit Qişlakayev: Azərbaycana böyük minnətdarlıq hissi ilə yanaşıram

Axit Qişlakayev: Azərbaycana böyük minnətdarlıq hissi ilə yanaşıram

“LiderStroy-M” MMC-nin baş direktorunun müavini Akit Qişlakayev azərbaycanlılara və Azərbaycana böyük minnətdarlıq hissi ilə yanaşdığını bildirib.

“Report” xəbər verir ki, bu barədə o, Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya dövlət başçısı Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

“Bu il mənim 17-ci komsomol qurultayından sonra dəstəmizin tərkibində Qroznıdan ayrılaraq, BAM-da meşədoğrayan kimi işləməyə başlamağımdan düz 50 il keçir”, - o deyib.

A.Qişlakayev 37 il BAM-da işlədiyini qeyd edib:

“1974-cü ildə BAM-a yola düşəndə bizimlə vaqonda sizin həmyerliləriniz, azərbaycanlılar var idi. Bizim çox mehriban münasibətlərimiz var idi”.

A.Qışlakayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin BAM-ın inşasında rolu ilə bağlı xatirələrini də jurnalistlərlə bölüşüb. Onun sözlərinə görə, o, inşaatçıların bütün müraciətlərinə daim həssaslıqla yanaşıb:

“Onun xatirəsi qəlbimizdə əbədi yaşayacaq”.