Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Genişmiqyaslı müharibə başlayandan bəri Rusiyanın Belqorod vilayətində ümumilikdə 120 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda deyib.

“Bizdə ümumilikdə 120 dinc sakin ölüb, onlardan 11-i uşaqdır. 651 nəfər yaralanıb, onlardan 51-i körpədir”, – Qladkov videomüraciətində açıqlayıb.

Xatırladaq ki, 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri işğalçı ölkənin sərhədyanı bölgəsi olan Belqorod vilayəti tez-tez Ukrayna Silahlı Qüvvələrinin atəşinə məruz qalır. Regiona ən ölümcül hücum 2023-cü ilin dekabrın 30-da baş verib. Belqorod şəhərinə raket hücumu nəticəsində 25 nəfər ölmüş, 109 nəfər yaralanmışdı.