Sabunçuda açıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Sabunçuda açıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində açıq ərazidə başlayan yanğın söndürülüb.

Bu barədə “Birxeber.Az”a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın nazirliyin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

14:53

Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Bu barədə “Birxeber.Az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.