Gürcüstan XİN Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır

Gürcüstan XİN Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır

Gürcüstan Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

"Gürcüstan regionda davamlı sülhün təmin edilməsində maraqlıdır və iki qonşu ölkə arasında sülh və etimadın yaradılması prosesinə töhfə vermək üçün öhdəliyini bir daha təsdiqləyir", - paylaşımda deyilir.