Polşada qətldə şübhəli bilinən Gürcüstan vətəndaşları saxlanılıb

Polşada qətldə şübhəli bilinən Gürcüstan vətəndaşları saxlanılıb

Polşada Gürcüstanın iki vətəndaşı Vrotslav şəhərinin 21 yaşlı sakinini qətlə yetirməkdə ittiham olunaraq saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Bildirilib ki, hadisə yanvarın 27-də səhər saat 5-də Polşanın Vrotslav şəhərində baş verib. Qətldən əvvəl gənclər arasında dava olub. Şübhəlilərdən birinin 23 yaşı var.

Hadisənin başqa təfərrüatları barədə məlumat verilmir.