Blinken İsrailin müdafiə naziri ilə Qəzzada atəşkəs səylərini müzakirə edib

Blinken İsrailin müdafiə naziri ilə Qəzzada atəşkəs səylərini müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken və İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağında atəşkəsə nail olmaq, digər girovların azad edilməsi səylərini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yaydığı yazılı bəyanatda deyilir.

Dövlət katibi və nazir İsrailin təhlükəsizliyini təmin etmək səylərini və girovların azad edilməsinə nail olmaq üçün danışıqları, atəşkəs və Qəzzanın mülki əhalisinə kritik humanitar yardım axınının artırılmasını müzakirə ediblər.

Miller qeyd edib ki, söhbət zamanı Blinken regionda gərginliyin azaldılması üzrə tədbirlərə diqqət yetirib.

Departament qeyd edib ki, dövlət katibi İsrail hərbi kabinetində nazir Benni Qanzla da danışıb. Tərəflər Fələstin anklavının mülki əhalisinə dəymiş ziyanı minimuma endirmək üçün əlavə addımları, eləcə də münaqişənin yayılmasının qarşısını almaq səylərini müzakirə ediblər.